20 yaşlı gənc özünü 7-ci mərtəbədən atdı...

Hadisə fevralın 20-də Günəşli qəsəbəsində baş verib. Lent. Az xəbər verir ki, özünü qəsəbədəki doqquzmərtəbəli binalardan birinin 7-ci mərtəbəsindən atan 20 yaşlı gənc Orxan Vahabzadə  xoşbəxtlikdən sağ qalıb. O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.
 
Bildirilir ki, müayinə zamanı özünü 7-ci mərtəbədən atan gəncin bədənində sınıq aşkarlanmayıb. Ona bədənin müxtəlif nahiyyələrinin əzilməsi və küt zədələnmə diaqnozu qoyulub.
 
Yaxınlarının bildirdiyinə görə, O.Vahabzadə bir müddətdir ki, xəstəlikdən əziyyət çəkir və bu səbbədən həyatına son qoymaq istəyib.
 
Faktla bağlı araşdırma aparılır./

Google+ WhatsApp ok.ru