20 Yanvarda tıxac problemi həll olunur - ŞAD XƏBƏR (VİDEO)

20 Yanvarda tıxac problemi həll olunur - ŞAD XƏBƏR (VİDEO)

Bakıda ''20 yanvar'' dairəsində hərəkətin idarə olunmasında dəyişiklik edilir. Belə ki, dairənin ətrafına 4 ədəd işıqfor quraşdırılıb. Bu isə o deməkdir ki, bundan sonra "20 yanvar" dairəsinə giriş işıqforlar ilə tənzimlənəcək.
 
Bakının ''20 yanvar'' dairəsində avtomobillərin sıxlıq təşkil etdiyi ərazidə işiqfor quraşdırılıb.
 
İndiyə qədər həmin ərazidə işiqfor olmadığından günün pik saatlarında hərəkət yol polisləri tərəfindən tənzimlənirdi.
 
Yeni quraşdırılan işıqforların yaxın vaxtlarda işə salınacağı bildirilir. Hər gün "20 yanvar" dairəsindən keçən sürücülərin işıqforların tıxac problemini azaldıb-azaltmayacağı ilə bağlı fikirləri birmənalı deyil.
 
Bakı şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov ''Xəzər Xəbər''ə bildirdi ki, körpünün ətrafında işıqforlar həmin ərazidə tıxacları azaltmaq məqsədilə quraşdırılıb və bir neçə gündən sonra həmin işıqforlar işləyəcək. Əgər sürücülərin dediyi kimi sıxlığın qarşısını almasa, işıqforlar ərazidən götürüləcək.
 

Google+ WhatsApp ok.ru