`20 Yanvar` körpüsü bağlandı

20 Yanvar dairəsi yaxınlığında yerləşən körpünün istifadəsi müvəqqəti olaraq dayandırılıb.
 
Axar.az xəbər verir ki, 20 Yanvar metrosu yaxınlığından Ziya Bünyadov porspekti istiqamətində yaranan sıxlığın aradan qaldırılması üçün inşa edilmiş körpünün bağlanmasına səbəb təmir işləridir.
 
Hadisə yerində olan əməkdaşımızın verdiyi məlumata görə, təmir körpü ərazisində yeraltı kanalizasiya xətlərinin dəyişməsi və körpüdə yaranan xırda çöküntülərlə bağlıdır.
 
Əraziyə traktorlar və böyük işçi qüvvəsi cəmlənib, yaranan problemi tez bir zamanda aradan qaldırmağa çalışırlar.
 
Sürücülərə alternativ yollardan istifadə etmək tövsiyə olunur. /

Google+ WhatsApp ok.ru