`20 Yanvar` metro stansiyasının girişində sərnişin sıxlığı yaranıb 06 Yanvar 2016 02:00 Ölkə Bu gün səhər saatlarında Bakı Metropoliteninin "20 Yanvar" stansiyasında kartyükləmə aparatlarının işində problem yaranıb və bu səbəbdən həmin stansiyada böyük sərnişin sıxlığı yaranıb. Stansiyanın girişində quraşdırılmış "BakıKart"ın 5 kartyükləmə aparatından 3-ü işləməyib. "BakıKart" əməkdaşları sərnişinlərə aparatların qəpik qəbul etmədiyini, ancaq kağız pul yükləmək mümkün olduğunu bildiriblər. Sərnişinlərin verdiyi məlumata görə, bir müddət sonra həmin aparatlar ümumiyyətlə pul qəbul etməyib. Təxminən 1 saat ərzində texniki işçilərin bir neçə dəfə müdaxilə etməsinə baxmayaraq, həmin aparatların işə salınması mümkün olmayıb. Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev "Report"a açıqlamasında hazırda həmin stansiyada 1 kartyükləmə aparatının işləmədiyini və tezliklə həmin problemin də aradan qaldırılacağını bildirib. Teqlər : #`20 Yanvar` metro stansiyasının girişində sərnişin sıxlığı yaranıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Borcunu gecikdirən `Azərbaycan Dəmir Yolları` əməkdaşlığı dayandırdı 5 nömrəli avtobusun hərəkət istiqaməti müvəqqəti dəyişdirilib