22 bank filialı bağlanıb

22 bank filialı bağlanıb

-- 2017-ci ilin əvvəlində Azərbaycanda ümumilikdə 569 bank filialı fəaliyyət göstərirdi

Ötən il dekabrın əvvəlinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 26393,9 mln. manat təşkil edib.
 
Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) məlumatında belə bildirilir.
 
Həmin dövrə bankların cəmi öhdəlikləri isə 23255 mln. manat olub.
 
Ötən il noyabr ayının əvvəlində isə bankların aktivləri 26 milyard 311,6 milyon manat, öhdəlikləri isə 6 milyard 314,1 milyon manat təşkil etmişdi.
 
MBNP bildirir ki, dekabrın əvvəlinə bank sektorunun balans kapitalı 3138,9 mln. manat təşkil edib. Noyabrın əvvəlində bu göstərici 3 milyard 095 milyon manat olmuşdu.
 
 Əhalinin əmanətlərində cüzi artım qeydə alınıb. Ümumi məbləğ 7346,6 mln. manat olub. Noyabr ayında əhalinin əmanətlərinin 1,3 faiz və ya 96,4 mln. manat artdığı bildirilir.
 
Kreditlər 4 milyarddan çox azalıb
 
Bankların müştərilərə verdiyi kreditlərin həcmində aylıq artım olub. Noyabrın sonunda bankların müştərilərə verdiyi kreditlərin məbləği 11 mlrd. 780,2 mln. olub.
 
Bu göstərici oktyabr ayı ilə müqayisədə 72 milyon manat çoxdur.
 
Ancaq 2017-ci ilin əvvəlinə olan göstəricilərlə müqayisədə müştərilərə verilən kreditlərin həcmində azalma olub. Azalma 4 milyard manatdan çoxdur.
 
Bank filiallarının sayı 547-yə düşüb
 
Dekabrın əvvəlinə fəaliyyət göstərən 31 bankın filiallarının sayı 547, şöbələrinin sayı 142 olub.
 
Bank filiallarının sayında azalma var. 2017-ci ilin əvvəlində Azərbaycanda ümumilikdə 569 bank filialı fəaliyyət göstərirdi.
 
Üstəlik, ilin sonunda “DəmirBank” Açıq Səhmdar Cəmiyyəti bağlanıb. Yalnız 11 ayın göstəriciləri açıqlandığından bu məsələ orada əksini tapmayıb.
 

Google+ WhatsApp ok.ru