22 mindən çox İŞİD üzvünün şəxsiyyəti məlum oldu

İŞİD terror qruplaşmasının 22 min üzvünün şəxsiyyətinə dair gizli məlumatlar ictimailəşdirilib.
 
Deyerler.org-un Yaxın Şərq KİV-lərinə istinadən verdiyi xəbərə görə, Suriya "müxalifəti"nə yaxın olan Al-Vəsəl informasiya portalı İŞİD terror qruplaşmasının 22 min üzvünün şəxsi məlumatlarını dərc edib.
Sözügedən İŞİD terrorçularının adları, doğum tarixləri və milli kimlikləri haqqında məlumatlar dərc olunub. Eyni zamanda terrorçuların telefon nömrələri də aşkarlanıb.
Bu məlumatlara əsəsən İŞİD terror qruplaşmasının sıralarında 40 ölkədən gələn terrorçular vuruşur. İŞİD terror qruplaşmasının sıralarına qoşulan terrorçular əsəsən Səudiyyə, Tunis, Mərakeş və Misirdən gәlәn yaraqlılardır./
 
 

Google+ WhatsApp ok.ru