23 nəfər kimyəvi maddədən zəhərləndi - Saatlıda

23 nəfər kimyəvi maddədən zəhərləndi - Saatlıda

-- Rayona Bakı şəhəri Toksikologiya Mərkəzinin həkim briqadası ezam olunub

Saatlıda pambıq tarlasında kütləvi zəhərlənmə baş verib.
 
Maide.Az APA-a istinadən xəbər verir ki, hadisə rayonun Smada kəndində qeydə alınıb.
 
Tarlada işləyən 23 nəfər kənd sakini kimyəvi zəhərlənmə diaqnozu ilə Saatlı rayon xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Onların pambıq tarlalarında alaq otlarına qarşı mübarizə aparmaq məqsədi ilə istifadə edilən kimyəvi maddədən zəhərləndikləri bildirilir.
 
Zəhərlənənlər Sabirabad rayonunun Nəsimi kənd sakinləridir. Rayona Bakı şəhəri Toksikologiya Mərkəzinin həkim briqadası  ezam olunub.
 
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
 

Google+ WhatsApp ok.ru