24 fələstinli jurnalistdən aclıq aksiyası

24 fələstinli jurnalistdən aclıq aksiyası

 
24 fələstinli jurnalist, inzibati həbs ilə uzun müddətdir ki, davam edən mühakimə və həbs müddətlərinə etiraz məqsədi ilə bir günlük aclıq aksiyasına başlayıb.
 
Maide.Az Anadolu xəbər agentiyinə istinadən xəbər verir ki, İşğalçı İsrail həbsxanalarında 24 fələstinli jurnalist, inzibati həbs ilə uzun müddətdir davam edən mühakimə və həbs müddətlərinə bir günlük aclıq aksiyası ilə etiraz ediblər.
 
Fələstinli əsirlərin nümayəndə heyətindən verilən yazılı açıqlamada, İşğalçı rejim həbsxanalarındakı 24 jurnalistin, "Fələstin Jurnalistlər Günü" münasibətilə həbsdə saxlanmalarına görə, etiraz üçün bir günlük aclıq aksiyasına başladığını bildirib.
 
Aclıq aksiyasına başlayan jurnalistlərin vəziyyətləri haqqında məlumat verilən açıqlamada, 1993-cü ildən bəri həbsxanada olan Mahmud İsa Musanın ömürlük həbsə məhkum edildiyi, Əhməd Həsən Əs-Safinin 17 il, Səlahəddin Əvvad, Məhəmməd Nəmr As, Vəlid Əli, Qüteybə Qasim, Sami Əs-Sai, Həzim Nasirin isə 7 ilə 8 ay arasında dəyişən həbs cəzalarına məhkum edildiyi qeyd olunub.
 
Bəyanatda həmçinin məhkəmə prosesindəki Sami Əbu İyşa, Musab Zəyud, Əhməd Dəraviş, Mahmud Əs-Sus, Nidal Ömər, Həmid Nəmura, haqqında isə hələ ki, bir qərar çıxmadığı bildirilib.
 

Google+ WhatsApp ok.ru