24 martda gözlənilən hava şəraiti açıqlanıb

24 martda gözlənilən hava şəraiti açıqlanıb

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. 
 
Maide.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, martın 24-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 
 
Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu  gecə 6-9° isti, gündüz  13-17° isti, Bakıda  gecə 7-9° isti, gündüz 14-16° isti olacaq.
 
 Atmosfer  təzyiqi normadan yüksək 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.  
 
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı  yerlərdə  zəif duman olacaq. 
 
Şərq küləyi əsəcək. Havanın temperaturu  gecə 3-8° isti, gündüz  15-20° isti,  dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz  5-10° isti olacaq.
 

Google+ WhatsApp ok.ru