25-ə yaxın zəvvar avtobusu Biləsuvar sərhəd keçid məntəqəsində -FOTO

25-ə yaxın zəvvar avtobusu Biləsuvar sərhəd keçid məntəqəsində -FOTO

-- Ötən gündən zəvvarların kütləvi ziyarət turuna start verilib

Ötən həftənin ortalarından başlayaraq, azərbaycanlı zəvvarlar Kərbəlaya Ərbəin ziyarətinə yollanmağa başlayıblar. Ötən gündən isə zəvvarların kütləvi ziyarət turuna start verilib.
 
Maide.Az "İslaminSesi"-yə istinadən  xəbər verir ki, bu gün Biləsuvar sərhəd keçidində azərbaycanlı zəvvarların xüsusi aktivliyi gözə dəyib. Kərbəlaya imamlarını ziyarət etmək üçün yola düşən zəvvarların təqribən 25 avtobusu sübhdən burada sərhəd keçid məntəqəsinin açılmasını səbirsizliklə gözləyirlər.
 
Qeyd edək ki, Ərbəin mərasimi səfər ayının 20-ə təsadüf edir. Lakin imam aşiqləri səfər ayının 1-dən və ya 5-dən başlayaraq Kərbəla istiqamətdə yola düşür və bu yolun bir qismini piyada olaraq qət edirlər.
 
 
 
 
 

Google+ WhatsApp ok.ru