250 ixvan üzvü üçün şok qərar!

Misirdə "dövlət binalarına zərər vermək və zorakılıq aksiyalarına qarışmaq" ittihamı ilə 250 çevriliş əleyhdarının hərbi məhkəməyə göndərildiyi bildirilir.
 
Maide.az xəbər verir ki, məhkəmə mənbələrindən verilən məlumata görə, Baş prokuror Hişam Barakat Müsəlman Qardaşlar Təşkilatı (İxvan) üzvü olan 250 nəfəri Rabiatul Adaviyya və Nahda meydanlarındakı qanlı basqından sonra 2013-cü ilin avqustunda "Minye vilayətinin Deyr Mevas rayonu poçtu, Gənclər və İdman Mərkəzi ilə Tədarük İdarəsinə basqın və yandırmaq" ittihamları ilə hərbi məhkəməyə göndərilib.
 
Misir Baş prokuroru Hişam Barakat daha əvvəl də müxtəlif vaxtlarda verdiyi qərarlarla çevriliş əleyhinə mindən çox insanı hərbi məhkəmələrə göndərmişdi.
 
Qeyd edək ki, Misir prezidenti Əbdulfəttah əs-Sisinin 2014-cü ilin oktyabrında verdiyi qərarla dövlət müəssisə və təşkilatları hərbi obyektlər sırasına daxil edilib və buralara qarşı hücum edənlər hərbi məhkəmədə mühakimə olunacaq.

Google+ WhatsApp ok.ru