Əfqanıstanlı rəsmi: ABŞ Əfqanıstanı Talibanla mübarizədə tək qoydu 13 Avqust 2021 13:37 Dünya Dünya Əfqanıstandan üz döndərib və ABŞ da Əfqanlıları Talibanla mübarizədə tək qoyub. Maide.Az xəbər verir ki, bunu Qətərdə Əfqanıstanda sülh müzakirələrində iştirak edən nümayəndə heyətinin üzvi Fatimə Cilani deyib. O qeyd edib ki, bu müharibə 43 ildir ki, davam edir. “Ölkə davamlı olaraq od içindədir. Əfqanıstan yalnız son illər sülhün qoxusunu duymuşdu lakin hazırda müharibə odu yenidən alovlanıb”. Xanım F.Cilani deyib ki, bizim üçün ABŞ-ın nə düşündüyü önəmli deyil, bizim üçün önəmli olan Əfqanıstan xalqının nə düşündüyüdür. “Bizim ölkədə sülhün təmini üçün siyasi həl yoluna ehtiyacımız var." Qeyd edək ki, cümə axşamı günü Qətərdə ABŞ, Rusiya və Çinin , eləcədə Əfqanıstandakı münaqişə tərəflərinin iştirakı ilə Əfqanıstanda sülh məsələsi müzakirə olunub. Danışıqlarda Əfqanıstanda sülhün təmini üçün təcili tədbirlər görülməsinin zərurəti vurğulanıb. Teqlər : #Əfqanıstanlı,#rəsmi:,#ABŞ,#Əfqanıstanı,#Talibanla,#mübarizədə,#tək,#qoydu, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ABŞ və Böyük Britaniya Əfqanıstana hərbçi göndərir Əfqanıstanda keçid hökuməti yaradılıb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO