`25 ildir beş ulduzlu hotellərdə qalıb, yüksək maaş alıblar, amma..` 14 Sentyabr 2017 01:00 Qarabağ xəbərləri `ATƏT-in Minsk qrupunun yaradılması ən böyük səhvdir`. "ATƏT-in Minsk qrupunun yaradılması ən böyük səhvdir". APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu "Moskva-Bakı oxu- Qafqazın yeni geosiyasətinə doğru" adlı beynəlxalq konfransda çıxışı edən, Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının üzvü, Bakı Musiqi Akademiyasının rektoru, bəstəkar Fərhad Bədəlbəyli bildirib. ATƏT-in Minsk qrupunun fəaliyyətini tənqid edən F. Bədəlbəyli bu qrupun 25 ildə Dağlıq Qarabağ münaqişənin həlli istiqamətində heç bir iş görmədiyini vurğulayıb: "Mən Dağlıq Qarabağın Azərbaycanlı İcmasının üzvüyəm. 25 ildir ki, həmsədrlərlə görüşürük. Onlar bu müddət ərzində heç bir iş görməyiblər. Ancaq biznes klassda gəlib, beş ulduzlu hotellerdə qalıblar. Yüksək maaş alıblar. Lakin bütün bunların qarşılığında bir addım belə qabağa atılmayıb. Minsk qrupunun yaradılması çox böyük və dəhşətli səhvdir. Çünki ABŞ və Fransanın münaqişənin həllində öz maraqları var. Onlar bu ölkələrdəki erməni diasporunun maraqlarını təmin edirlər. Əminəm ki, Rusiya, Azərbaycan və Ermənistan birlikdə bu münaqişəni həll edə bilərdilər". Teqlər : #`25 ildir beş ulduzlu hotellərdə qalıb,#yüksək maaş alıblar,#amma..`, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ermənistan silahlı qüvvələri mövqelərimizi 134 dəfə atəşə tutub Düşmən atəşkəs rejimini 122 dəfə pozub
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni