268 mindən çox piyada zəvvar Məşhəddə

Məşhədə piayada olaraq gələn zəvvarların sayı  268 min 527 nəfər təşkil edib.  Bunu İmam Rza (ə) zəvvarların xidmət edən cəmiyyətin sözçüsü Hüseyn Rzayi deyib. 
 
Maide.az xəbər verir ki, H. Rzayi deyib ki, ötən illə müqayisədə piyada gələn zəvvarların sayı 30 faiz çox olub. "Piyada olaraq zəvvarların 118 min 602 nəfəri qadın, 149 min 925 nəfəri isə kişi idi."
 
O deyib ki, İmam Rza (ə) ziyarətinə bu il 1334 karvan gəlib. 
 
İran KİV-lərinin məlumatına görə,  bugünə qədər Məşhədə ümumilkdə 2 milyon 250 mindən çox zəvvarın daxil olub.
 
Qeyd edək ki, bugün səfərin 30-u İmam Rzanın (ə) şəhadət günüdür. Səfər ayının sonu İrandan və digər müsəlman ölkələrindən Məşhəd şəhərinə zəvvarların axını maksimuma çatır./
 

Google+ WhatsApp ok.ru