270 milyondan çox `E-mail` ünvanı xakerlər tərəfindən ələ keçirilib

Amerikanın “Security Straighthold” təhlükəsizlik  şirkəti  elan edib ki,  elektron  poçt xidməti  göstərən  böyük şirkətlər o cümlədən Google,  Yahoo  və Rusiyada ən böyük  e-mail xidmət servisində   272 milyon oğurlanmış  email ünvanı aşkar edilib.
 
Maide.Az xəbər verir ki, şirkətin nümayəndəsi deyib ki,  istifadəçilər öz email ünvanlarının  xakerlər  tərəfindən  ələ  keçirildiyini bilmirlər.
 
Onun sözlərinə görə, müxtəlif saytlara və  email ünvanına  girmək üçün eyni  paroldan istifadə edən şəxslər daha çox  xakerlərin hücumlarına məruz qalır.
 
Xəbərdə qeyd olunur ki, xaker hücumuna məruz qalmış  email ünvanlarından  57 milyonu  Mail.ru  email servisinə məxsusdur.   Yahooda  40 milyon, Hotmailda 33 milyon ,  Gmailda isə  24 milyon  email ünvanı  xakerlər tərəfindən ələ keçirilib. 
 
 

Google+ WhatsApp ok.ru