28 iyunda gözlənilən hava şəraiti açıqlanıb

28 iyunda gözlənilən hava şəraiti açıqlanıb

28 iyunda gözlənilən hava şəraiti açıqlanıb.
 
Maide.Az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə 28 iyunda Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şimal -şərq küləyi əsəcək. 
 
Havanın temperaturu  Abşeron yarımadasında gecə 19-22,  gündüz 25-28, Bakıda  gecə 19-21, gündüz 25-27 dərəcə isti olacaq. Atmosfer  təzyiqi norma daxilində 761 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 45-55  faiz təşkil edəcək.   
 
Abşeron çimərliklərində şimal- şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 21-22, Türkan, Hövsan, Sahil, Şıxda 23-24 dərəcə isti təşkil edəcək.  
 
28 iyunda Azərbaycanın rayonlarında  şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı şimal və qərb rayonlarında lokal leysan xarakterli  olacağı, dolu düşəcəyi gözlənilir. Gündüz əksər rayonlarda hava əsasən yağmursuz keçəcək, şərq küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək. 
 
Havanın temperaturu  gecə 17-22, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə  isti olacaq.

Google+ WhatsApp ok.ru