`28 May` metrostansiyasından Lökbatan istiqamətində yeni marşrut xətti açılır

`28 May` metrostansiyasından Lökbatan istiqamətində yeni marşrut xətti açılır

"Bakı şəhərində müntəzəm sərnişindaşıma sahəsində mütəmadi olaraq Bakı Nəqliyyat Agentliyi (BNA)tərəfindən təhlillər aparılır. Qanunvericilikdə nəzərdə tutulan normativ aktların və standartların tələbləri çərçivəsində Agentliyin əməkdaşları tərəfindən görülən təkmilləşdirmə işlərində vətəndaşlardan daxil olan yazılı və şifahi müraciətlər (şikayət, təklif) də nəzərə alınır. Xüsusilə şəhərətrafı kənd və qəsəbələrin şəhərin mərkəzi küçə və prospektləri ilə əlaqələndirilməsi, sərnişinlərin rahatlığının, təhlükəsizliyinin təmin edilməsi, bu sahədə yüksək xidmət keyfiyyətinin yüksəldilməsi, vətəndaş məmnunluğunun təmin edilməsi prioritet məqsəd olaraq qarşıya qoyulub". Bunu BNA-nın baş direktorunun müşaviri Mübariz Abbasov bildirib.
 
Onun sözlərinə görə, sadalanan halları nəzərə alaraq, BNA tərəfindən "28 May" metrostansiyasından "Lökbatan" Nəqliyyat Mübadilə Mərkəzi (Bakı-Salyan yol qovşağı) istiqamətində 125 saylı marşrut xəttinin təşkil edilməsi və müvafiq qaydalara uyğun olaraq müsabiqəyə çıxarılması məqsədəuyğun hesab edilib. Yeni marşrut xətti aşağıda qeyd olunan səbəblər əsasında təşkil ediləcək:
 
- "28 May" metrostansiyasından Lökbatan qəsəbəsi istiqamətində sərnişinlərin gediş-gəliş vaxtının və ödəniş məbləğlərinin azaldılması;
 
- Metro xidmətlərindən istifadə edən sakinlərin şəhərətrafı sənaye, ticarət və digər müəssisələrlə birbaşa əlaqələndirilməsi;
 
- "28 May" metrostansiyasından Lökbatan qəsəbəsi istiqamətində yeganə marşrut olaraq nağdsız ödəniş sisteminin tətbiq edilməsi;
 
- "Nəqliyyat Mübadilə Mərkəzi" konsepsiyasına uyğun olaraq marşrutlarla əlaqələndirilməsi;
 
- Qeyd olunan istiqamətdə hərəkət edəcək yeni avtobusların sərnişinlərin rahatlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə istifadəyə verilməsi;
 
- Bu istiqamətdə iritutumlu avtobusların istismar edilməsi ilə digər sərnişin avtonəqliyyat vasitələrinin sayının azaldılması və tıxacların aradan qaldırılması. (apa) /

Google+ WhatsApp ok.ru