28 minə yaxın azərbaycanlı Rusiyanı tərk edib

Azərbaycanda yalnız avtomobil idxalında deyil, həm də ev alqı-satqısında da problem müşahidə olunur. Bizim Rusiyada yaşayan çoxlu vətəndaşımız var. 
 
Onların artıq 28 min nəfərə yaxını Azərbaycana qayıdıb, digərləri isə qayıtmaq niyyətindədir.
 
Bu barədə oxu.z-ın yanvar ayı ərzində Azərbaycana avtomobil idxalının 40% azalmasının səbəbləri ilə bağlı sualını cavablandıran millət vəkili Vahid Əhmədov deyib. 
 
Onun sözlərinə görə, həmvətənlərimizin Rusiyadan vətənə dönmələrinin səbəbi oradakı iqtisadi-sosial vəziyyətdir. 
 
“Əvvəllər onlar müəyyən qədər vəsait gətirib Azərbaycanda ev, maşın alırdılar. Ona görə də, hazırda maşın bazarında, mənzil bazarında durğunluqdur. 
 
Bu isə onunla əlaqədardır ki, həmin insanlarda vəsait azalıb. Misal üçün əvvəl 100 manat göndərirdilərsə, indi 50 manat göndərirlər”, - deyə, Vahid Əhmədov bildirib. 

Google+ WhatsApp ok.ru