29 rayonda buraxılış imtahanı keçiriləcək 22 İyun 2018 01:00 Ölkə -- İyulun 3-də İyulun 3-də Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Mingəçevir, Balakən, Zaqatala, Qax, Yardımlı, Cəlilabad, Masallı, Lerik, Göyçay, Ağdaş, Ucar, İsmayıllı, Qobustan, Ağcabədi, Xocavənd, Füzuli, Beyləqan, Salyan, Neftçala, Hacıqabul, Qusar, Quba, Siyəzən və Xızı rayonunun ümumtəhsil müəssisələrinin məzunları üçün ümumi və tam orta təhsil səviyyəsi üzrə (9-cu və 11-ci sinif) buraxılış imtahanı keçiriləcək. Bu barədə "Report"a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Buraxılış imtahanında iştirak edəcək şagirdlər http://eservices.dim.gov.az/sagirdBV/ linkindən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər. Çap üçün kompüterə Adobe Reader proqramı quraşdırılmalıdır və brauzerin “Pop-up blocked” sahəsindən qeyd işarəsi götürülməlidir. Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlərə buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləmək olar. Teqlər : #29 rayonda buraxılış imtahanı keçiriləcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Gənclik Mall-un qarşısındakı tıxacın aradan qaldırılması üçün YOL tapıldı Azərbaycanda şəhərlərarası sərnişindaşımada hər iki istiqamətə onlayn bilet satışı mümkün olacaq