2 milyondan çox azərbaycanlının banklara borcu var

Müştərilərin “borc quyusu”na düşmək ehtimalı çox böyükdür

Azərbaycanda kreditlərin sayının artım tempi borcalanların sayının artım tempindən yüksəkdir.
 
Yəni müştərilər bir neçə bankdan kredit alırlar, bu isə “borc quyusu” ilə nəticələnə bilər.
 
AMB-nin məlumatına görə, 1 iyul üçün Mərkəzləşdirilmiş Kredit Reyestrində 2 mln 138 min 886 borcalan (ilin əvvəlindən +9,5%) və 7 mln 738 min 882 kredit haqda məlumat var (+18,6%).
 
İlin əvvəlindən MKR-ə 1 mln 421,31 min sorğu olub. Bu, ötən ilin eyni dövründəkindən 1,43 dəfə çoxdur. AMB-nin məlumatına əsasən, daha çox sorğu bank və qeyri-bank kredit təşkilatlarına aiddir (1 mln 398 min 83 dəfə). Qalan pay fiziki şəxslərindir - 23 min 227 sorğu. İlin I yarısında reyestrin məlumatlarından 41 bank və 31 QBKT istifadə edib.
 
İyulun əvvəli üçün reyestrdə kreditlər üzrə 989 min 278 zamin (ilin əvvəlindən +18,2%) barədə məlumat var.
 
Mərkəzləşdirilmiş Kredit Reyestri Xidməti 2005-ci ildə yaradılıb. Burda fiziki və hüquqi şəxslərin kredit məlumatları toplanır.  MKR 2009-cu ildən yeni formatda işləyir. 

Google+ WhatsApp ok.ru