2 milyon yəmənli uşaq  kəskin qida çatışmazlığı səbəbi ilə ölümlə mübarəziə aparır

2 milyon yəmənli uşaq kəskin qida çatışmazlığı səbəbi ilə ölümlə mübarəziə aparır

UNICEF elan edib ki, 2 milyon yəmənli uşağ ölümlə mübarizə aparır. 
 
Maide.Az “Mehr” agentliyinə istinadla xəbər verir ki,  Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF), 2 milyon yəmənli uşağın kəskin qida çatışmazlığı səbəbi ilə ölümlə mübarizə apardığı haqqında xəbərdarlıq edib. 
 
Məlumatda bildirilir ki, həmin uşaqlardan 325 mini beş yaşdan aşağı olan uşaqlardır. 
 
Təşkilat, yəmənli uşaqların pis iqtisadi və yaşayış şərtləri, tibbi xidmət çatışmazlığı qarşısında yaşamaq üçün mübarizə apardıqlarını açıqlayıb.   
 
Təşkilata görə, Səudiyyə koalisiyasının Yəmənə qarşı 6 illik təcavüzündən ən çox Yəməndəki uşaqlar əziyyət çəkir. 
 
Yemək, tibbi xidmətlər və səhiyyə xidmətlərinin çatışmazlığı yəmənli uşaqların hazırda qarşılaşdıqları ən vacib problemlərdir.
 
Məlumatda Yəmənli uşaqların digər probleminin ömürlük əlil olma təhlükəsi olduğu vurğulanıb. 
 
Xatırladaq  ki, Səudiyyə rejimi, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və bir sıra digər ölkələrin dəstəyi ilə 2015-ci ilin mart ayında hava, dəniz və qurudan maneə törətməklə Yəmənə qarşı hərbi təcavüzə başladı. Bu günə qədər Səudiyyə rejimi və müttəfiqlərinin Yəməndə başlatdıqları müharibə 16 mindən çox yəmənlinin ölümünə, on minlərlə insanın yaralanmasına və milyonlarla vətəndaşının qaçqın olmasına səbəb oldu.
 

Google+ WhatsApp ok.ru