2 min Arakanlı müsəlman xilas edilməsini gözləyir

Cənubi Asiyada meydana çıxan qaçqın böhranında bu günə qədər açıq dənizdə insan qaçaqmalçılarının atdığı gəmilərdən azad edilən miqrant sayı 4 minə yaxınlaşıb.
 
Maide.az-ın məlumatına görə, may ayının əvvəlindən Tailandın cənubunda yerləşən meşə ərazisindəki gizli düşərgədə 32 Arakanlı müsəlmanın dəfn edilmiş meyitlərinin tapılması və 10 mayda Myanmardan qaçan Rohingya müsəlmanlarını daşıyan gəmilərin İndoneziyanın qərb sahillərinə üzməsi ilə ortaya çıxan qaçqın böhranından sonra, cənub-şərqi Asiyada dənizdə atılmış qaçqınların hamısı hələ də xilas edilməyib. 
 
Rəsmi şəxslər hazırda İndoneziyanın gəmilərdən azad edilən və əksəriyyətini Arakanlı müsəlmanların təşkil etdiyi 1700 mühacirə sığınacaq verdiyini, Tailand və Malayziyada da iki mindən artıq miqrantın sahilə çıxdığını bildirirlər. Son olaraq böhran səbəbilə beynəlxalq ictimaiyyətin sıx təzyiqinə məruz qalan Myanma dünən Benqal körfəzində insan qaçaqmalçılarının atdığı gəmilərdə olan 200-dən çox qaçqını azad etdiyini açıqlayıb.
 
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının sözçüsü Adrian Eduard qaçqın böhranı məsələsində verdiyi açıqlamada cənub-şərqi Asiyada dənizdə tərk edilmiş gəmilərdə hələ də təxminən 2 min Arakanlı müsəlman və Banqladeşli mühacir olduğunu bildirib.

Google+ WhatsApp ok.ru