2 yaşlı iranlı hamını heyrətləndirir (FOTO)

İki yaşlı iranlı Arat Hüseyni gimnastik hərəkətləri ilə görənləri heyrətləndirir.
 
Trend-in İranın "Roozno" xəbər saytına istinadən verdiyi məlumata görə, görənlər onun gələcəkdə İran gimnastikasının parlaq ulduzlarından olacağına inanır.
 
A.Hüseyni 9 aylığından gimnastikanı öyrənməyə başlayıb. Hazırda onun "Instagram" səhifəsini 18 min nəfərdən çox insan izləyir. Onun atası ümid edir ki, oğlu gələcəkdə idman sahəsində tanınmış ulduzlardan biri olacaq. Uşağın gimnastik hərəkətlər edərkən həddən artıq elastikliyi hamını təccübləndirir.
 
A.Hüseyninin ailəsi İranın Mazandaran əyalətinin Babul şəhərində yaşayır. Atası deyir ki, oğlu hər gün 20-30 dəqiqə məşq edir və indiyədək heç bir peşəkar təlim keçməyib. /
 
 
 
 

Google+ WhatsApp ok.ru