3 ayda 148 QİÇS-li xəstə aşkarlanıb

3 ayda 148 QİÇS-li xəstə aşkarlanıb

-- Rəsmi neçə narkoman var

Bu ilin ilk 3 ayı ərzində narkotiklərlə bağlı 887 fakt aşkar edilib. Həmin faktlar üzrə 519 kq-dan artıq müxtəlif növ narkotik vasitələrin, 160 ədəd çətənə kolunun müsadirə olunduğu bildirilir.
 
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun məlumatına görə, həmin faktlar üzrə 493 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Onlardanbiri 18 yaşadək olub, yerdə qalanlar 18 yaşdan yuxarı şəxslərdir.
 
Məsuliyyətə cəlb edilənlərin səkkizinin xarici ölkə - Rusiya, İran, Ukrayna, Türkmənistan vətəndaşları olduğu bildirilir.
 
Rəsmi neçə narkoman var
 
Dövlət Komissiyasının məlumatında ölkə üzrə rəsmən qeydiyyata alınmış narkotik vasitə istifadəçilərinin statistikasına da yer verilib. Səhiyyə Nazirliyinin Narkoloji Mərkəzində 30131 nəfər qeydiyyata alınıb. Qeydiyyata düşənlərin 595-i qadındır. Narkotik vasitə istifadəçilərinin sayında artım var. 2017-ci ildə 2115 nəfər yeni qeydiyyata götürülüb, 1432 nəfər isə qeydiyyatdan çıxarılıb.
 
Komissiyanın məlumatında QİÇS-li (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) xəstələrlə bağlı da məlumat verilir. Təkcə 2018-ci ilin üç ayında həmin xəstəliyə yoluxması aşkar olunanların sayı 148 nəfər olub. Belə xəstələrin sayının hazırda 6903 nəfər olduğu bildirilir. Xəstələrin əksəriyyəti kişilərdir - 5 mindən çox…
 
QİÇS-li xəstələrin əksəriyyətinin, 3087 nəfərinin bu bəlaya narkotik istifadəsindən yoluxduğu bildirilir.
 
Ekspertlərin fikrincə, ölkədə narkotik vasitə istifadəçilərinin sayı gerçəklikdə rəsmi rəqəmdən daha yüksəkdir.(azadliq.org)
 

Google+ WhatsApp ok.ru