3-cü Azadlıq gəmisi Qəzzadan hərəkətə başlayıb 06 Avqust 2018 01:00 Fələstin Qəzza Blokadasını Yarma Milli Hərəkatının mətbuat katibi Bəssam əl-Manasıra Qəzza limanında verdiyi açıqlamada, "Azadlıq gəmisinin üçüncü səfərinin bu gün başladığını elan edirik", - deyə bildirib. Madie.Az bildirir ki, FaktXəbər-in məlumatına görə, səfərin Qəzza sahillərindəki regional sularda fələstinlilərin haqqı olduğunu göstərməyi nəzərdə tutduğuna diqqəti çəkən Manasıra, "Qəzzanı dünyaya bağlayan limanın tikintisi beynəlxalq hüquqim zəmanəti altındadır", - deyə danışıb. Manasıra göstərilən fəaliyyətin sionizm terroruna qarşı dinc dəniz nümayişi olduğunu vurğulayıb. Qeyri Hökumət Təşkilatı olaraq Qəzzanın azadlığa qovuşması üçün işlər aparan Qəzza Blokadasını Yarma Milli Hərəkatı bu il ərzində daha iki ayrı dəniz səfəri həyata keçirib. Birincisi 29 may, ikincisi isə 10 iyulda həyata keçirilmiş səfərlərin qarşısı İsrail rejiminin dəniz qüvvələri tərəfindən alınıb. Manasıra gəminin marşrutuna dair məlumat verməyib. Amma bundan əvvəlki azadlıq yürüşləri Kiprə çatmağı hədəf seçmişdi. Xatırladaq ki, Qəzza blokadasını qırmaq məqsəd ilə həyata keçirlən dəniz səfərlərinə İsrail bir neçə dəfə qanlı hücumlarla qarşılıq verib. Teqlər : #3cü Azadlıq gəmisi Qəzzadan hərəkətə başlayıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İsrailin Qəzzaya girişini əngəllədiyi mindən çox məhsul: uşaq oyuncağı, gəlinlik paltarı və... - FOTO HƏMAS rəsmisi: `Fəth` siyasi ab-havanı zəhərləməyə çalışır
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar