3-cü İmamdan (ə) 3 hədis-3

3-cü İmamdan (ə) 3 hədis-3

 
1. Həqiqi intizarçıların məqamı
 
İmam Hüseyn (ə) buyurmuşdur:
 
مِنَّا اثْنَا عَشَرَ مَهْدِيّاً أَوَّلُهُمْ أَمِيرُ الْمُؤْمِنِينَ عَلِيُّ بْنُ أَبِي طَالِبٍ وَ آخِرُهُمُ التَّاسِعُ مِنْ وُلْدِي وَ هُوَ الْإِمَامُ الْقَائِمُ بِالْحَقِّ يُحْيِي اللَّهُ بِهِ الْأَرْضَ بَعْدَ مَوْتِها وَ يُظْهِرُ بِهِ دِيْنَ الْحَقِّ عَلَى الدِّينِ كُلِّهِ وَ لَوْ كَرِهَ الْمُشْرِكُونَ لَهُ غَيْبَةٌ يَرْتَدُّ فِيهَا أَقْوَامٌ وَ يَثْبُتُ فِيهَا عَلَى الدِّينِ آخَرُونَ فَيُؤْذَوْنَ وَ يُقَالُ لَهُمْ مَتى‏ هذَا الْوَعْدُ إِنْ كُنْتُمْ صادِقِينَ أَمَا إِنَّ الصَّابِرَ فِي غَيْبَتِهِ عَلَى الْأَذَى وَ التَّكْذِيبِ بِمَنْزِلَةِ الْمُجَاهِدِ بِالسَّيْفِ بَيْنَ يَدَيْ رَسُولِ اللَّهِ )ص)
 
“On iki hidayətçi imam bizdəndir. O on iki imamdan birincisi Əmirəlmöminin Əli ibn Əbutalib, sonuncusi isə mənim doqquzuncu övladımdır və o, haqq üzrə qiyam edən imamdır. Müşriklərin xoşuna gəlməsə də, Allah-Taala onun vasitəsilə yer üzünü öldükdən sonra dirildəcək və haqq dini onun əli ilə bütün dinlərə qalib edəcək. Onun qeyb dövrü olacaq ki, bəziləri ö dövrdə dindən çıxacaq, bəziləri də dində sabit qalaraq əzab-əziyyətə məruz qalacaqlar və onlara deyiləcək: “Əgər doğru deyirsinizsə, bu vəd haçan gerçəkləşəcək?” Amma bilin ki, onun qeyb dönəmində işgəncə və təkziblərə səbir edib dözən, sanki Rəsulullahın (s) hüzurunda qılınc çalan mücahid kimidir.” (“Kəmalud-din”, Şeyx Səduq, c.1, səh.317.)
 
2. O gələcək!
 
İmam Hüseyn (ə) buyurmuşdur:
 
لَوْ لَمْ یبْقِ مِنَ عُمْرِ الدُّنْیا الَّا یوْمٌ واحدٌ لَطَوَّلَ اللَّهُ عَزَّوَجَلَّ ذلِک الْیوْمَ حَتَّی یخْرُجَ رَجُلٌ مِنْ وُلدی، فَیمْلَأُها عَدْلًا وَ قِسْطاً کما مُلِئَتْ جَوْراً وَظُلْماً، کذلِک سَمِعْتُ رَسُولَ اللَّه یقُولُ
 
“Əgər dünyanın ömründən bir gün qalsa da, Allah-Taala həmin günü mənim nəslimdən bir kişinin zühur edəcəyi vaxta qədər uzadar və o, dünyanı zülm və haqsızlıqla dolduğu kimi, haqq-ədalətlə doldurar. Mən Allahın Rəsulundan (s) belə eşitmişəm.” (“Kəmalud-din”, Şeyx Səduq, c.1, səh.317.)
 
3. İki qeyb dövrü
 
İmam Hüseyn (ə) buyurmuşdur:
 
لِصاحِبِ هذا الْأَمْرِ غَیبَتانِ اِحْداهُما تَطُولُ حَتَّی یقُولَ بَعْضُهُمْ: ماتَ، وَ بَعْضُهُمْ: قُتِلَ وَ بَعْضُهُمْ: ذَهَبَ. وَلا یطَّلِعُ عَلی مَوْضِعِهِ احَدٌ مِنْ وَلی وَلا غَیرِهِ الَّا الْمَولی الَّذی یلی امْرَهُ
 
“Zəmanə sahibinin iki qeyb dövrü olacaq: onlardan biri uzun çəkəcək. Belə ki, bəziləri onun vəfat etdiyini, bəziləri qətlə yetirildiyini, bəziləri də onun (qiyam edib) getdiyini deyəcəklər. Onun işlərini yerinə yetirən xidmətçidən başqa, heç kim – istər dost, istər düşmən, onun yerindən xəbərdar olmayacaq.” (“İsbatul-hudat, c.6, səh.397.)
 
Maide.az – Maarif bölümü

Google+ WhatsApp ok.ru