3-cü Azadlıq gəmisi Qəzzadan hərəkətə başlayıb

3-cü Azadlıq gəmisi Qəzzadan hərəkətə başlayıb

Qəzza Blokadasını Yarma Milli Hərəkatının mətbuat katibi Bəssam əl-Manasıra Qəzza limanında verdiyi açıqlamada, "Azadlıq gəmisinin üçüncü səfərinin bu gün başladığını elan edirik", - deyə bildirib.
 
Madie.Az bildirir ki, FaktXəbər-in məlumatına görə, səfərin Qəzza sahillərindəki regional sularda fələstinlilərin haqqı olduğunu göstərməyi nəzərdə tutduğuna diqqəti çəkən Manasıra, "Qəzzanı dünyaya bağlayan limanın tikintisi beynəlxalq hüquqim zəmanəti altındadır", - deyə danışıb.
 
Manasıra göstərilən fəaliyyətin sionizm terroruna qarşı dinc dəniz nümayişi olduğunu vurğulayıb.
 
Qeyri Hökumət Təşkilatı olaraq Qəzzanın azadlığa qovuşması üçün işlər aparan Qəzza Blokadasını Yarma Milli Hərəkatı bu il ərzində daha iki ayrı dəniz səfəri həyata keçirib. Birincisi 29 may, ikincisi isə 10 iyulda həyata keçirilmiş səfərlərin qarşısı İsrail rejiminin dəniz qüvvələri tərəfindən alınıb.
 
Manasıra gəminin marşrutuna dair məlumat verməyib. Amma bundan əvvəlki azadlıq yürüşləri Kiprə çatmağı hədəf seçmişdi.
 
Xatırladaq ki, Qəzza blokadasını qırmaq məqsəd ilə həyata keçirlən dəniz səfərlərinə İsrail bir neçə dəfə  qanlı hücumlarla qarşılıq verib.
 

Google+ WhatsApp ok.ru