30 min qaçqın Myammaya geri dönəcək

30 min qaçqın Myammaya geri dönəcək

-- Myanma və Banqladeş dövlət rəsmilərinin əldə etdiyi razılaşmaya əsasən...

Myanma və Banqladeş dövlət rəsmilərinin əldə etdiyi razılaşmaya əsasən Raxindən qaçqın düşmüş rohingiyalı müsəlmanların öz vətənlərinə geri dönməsinə şərait yaratmaq məqsədi ilə 30 min nəfərlik qaçqın düşərgəsi və müvəqqəti sığınacaq tikilir. 
 
Maide.Az "İQNA"-a istinadən xəbər verir ki,  Rohingiyalı müsəlman qaçqınların öz vətənlərinə dönməsi prosesinin ilk mərhələsi cari ilin Yanvar ayının sonunda baş tutacaq. 
 
Myanmarın Sosial məsələlər və mənzil istismarı naziri bu xəbəri təsdiqləyib.  "Myanmaya qayıtmaq üçün ad yazdıran qaçqınlar üçün nəzərdə tutulmuş düşərgdə 30 min nəfərə sığınacaq veriləcək. Bu düşərgənin tikintisi hazırda başa çatmaq üzərədir."-deyə o bildirib.   
 
Onun sözlərinə görə, Banqladeş və Myanma nümayəndə heyətləri müsəlman qaçqınların vətənə qaytarılması üçün lazım olan sənədləri hazırlamaqla məşğuldur və gələn həftənin əvvəllərindən qaçqınların qaytarılması prosesi başlanacaq. 
 
Qeyd edək ki, beynəlxalq təşkilatlar cari ilin ilk günlərində  Myanmalı müsəlman qaçqınların qayıtmasının könüllü olmasını təkidlə vurğulamış və  bildirmişlər ki, qaçqınların müvəqqəti sığınacaqlara deyil, öz doğma evlərinə dönməlidir.
 
BMT-nin İnsan Hüquqları gözətçisinin Asiya işləri üzrə müavini Vil Robertsun sosial şəbəkədə yazıb: Razışlaşmaya əsasən ruhingiyalı müsəlman qaçqınlar tam təhlükəsiz şəraitdə öz kəndlərinə dönə bilər.
 
Qeyd edək ki, 655 min ruhingiyalı müsəlman Myanma dövlətinin təhlükəsizlik qüvvələri və radikal buddistlərin hücumlarına məruz qalaraq Banqaldeşə qaçmışdı və hazırda iki ölkə arasındakı qaçqın düşərgəsində çox acınaqcaqlı vəziyyətdə yaşayır.

 

Google+ WhatsApp ok.ru