300-ə yaxın azərbaycanlı Rusiya tərəfdən sərhəddə qalıb

300-ə yaxın azərbaycanlı Rusiya tərəfdən sərhəddə qalıb

300-ə yaxın Azərbaycanlı miqrant vətənə qayıda bilmir və Dağıstanda Maqaramkent rayonu yaxınlığındakı nəzarət-buraxılış məntəqəsindədir. Onlar üçün Azərbaycan sərhədi aprelin 20-nə qədər bağlıdır.
 
Azərbaycan sərhədləri pandemiya ilə əlaqədar bağlayıb. Vətəndaşlardan ibarət sonuncu qrup aprelin 4-də vətənə qayıdıb.
 
"Azərbaycan respublkası yoxsul ölkə deyil. Buraxmaq istəmirdilərsə, çadır düşərgəsi təşkil edə, döşək, yataq verə, insanların az olduğu yerdə sahə mətbəxi təşkil edə bilərdilər. Ya da boş turizm bazalarından birinə yerləşdirmək üçün pul ayırmaq olardı. Faktiki olaraq biz taleyin ümidinə buraxılmış insanları görürük. Məsciddə və mehmanxanada yer tapmayanlar bayırda gecələməli olub", deyə http://kavcomment.ru/ saytı yazır.
 
Çoxlarının əsəbləri tab gətirmir və bəziləri NBM-dən zorla keçməyə çalışır. Beş nəfər saxlanılıb.
 
"RF tərəfindən gömrük nümayəndələri ilə danışmışıq. Onlar deyiblər ki, bizim heç bir iradımız yoxdur, biz heç kimi saxlamaq istəmirik", deyə Maqaramkent rayonu administrasiyasının kənd təsərrüfatı şöbəsinin direktoru Artur Qadjiyev bildirib.
 
"Orada müxtəlif insanlar var, bütün RF ərazisindən və hətta başqa yerlərdən. Bunlar Azərbaycan sakinləri və vətəndaşlarıdır. Onların bəziləri bazarlarda işləyirdi, yığılmış pulları yoxdur. Onlar işlərini itiriblər", deyə Dağıstan rəhbəri Vladimir Vasilyev bildirib.
 
Dağıstan hakimiyyəti Azərbaycan sakinlərini müvəqqəti olaraq məscidlərə və mehmanxanalara yerləşdirib. Ərzaq da gətirilir. Yerli hakimiyyət onlar üçün isti yemək təşkil edib.
 
Rayon administrasiyasının mətbuat xidmətindən Dagestan.ru-ya verilən məlumata görə, insanlara zəruri yardım - ərzaq məhsulları, içməli su, gecələmək üçün yorğan və döşşək verilir. 140 nəfər mehmanxanaya yerləşdirilib, onların pulsuz yaşaması və gecəməsi təşkil edilib. Rayon rəhbərliyinin tapşırığı ilə hər gün yemək verilir. Rusiyalı xeyriyyəçi Fərid Əhmədov maliyyə xərclərini öz üzərinə götürüb və azərbaycanlılara yardımı təşkil edib.
 
"Koronavirusla əlaqədar dövlətlərin əksəriyyəti, o cümlədən Azərbaycan öz sərhədlərini bağlayıb. Aprelin 20-nə qədər ölkəyə giriş qadağan edilib. Bununla əlaqədar sizdən israrla Rusiya-Azərbaycan sərhədinə gəlməməyi xahiş edirəm. Orada olarkən özünüz üçün, Rusiya tərəfi üçün, Dağıstan hökuməti üçün, Azərbaycan tərəfi üçün problem yaradırsınız. Vəziyyəti çətinləşdirməməyinizi xahiş edirəm", deyə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib.
 
Rusiya və Azərbaycan danışıqlar aparır, vətəndaşlardan səbrli olmağı və rəsmi olaraq girişə icazə verilənə qədər gözləməyi xahiş edirlər", deyə "Mir" telekanalı məlumat yayıb.
 
Azərbaycan vətəndaşları aclığa başlamaq istəyirdilər, amma Maqaramkent rayon rəhbərliyi onları bu fikirdən caydırıb. Bəs bundan sonra necə olacaq? Rusiya və Azərbaycan hakimiyyətlərinin addımları nə dərəcədə məntiqlidir?
 
Bu qədər insanın Yaraq-Kazmalar sərhəd NBM-də yığılması koronavirusun yayılması riskini daha da artırır, deyə Dağıstanlı sosial şəbəkə istifadəçiləri yazırlar. /contact.az /
 
 

Google+ WhatsApp ok.ru