30 Bəhreynliyə 3 ildən 15 ilədək hökm oxundu

Bəhreyn məhkəməsi bu ölkənin 30 vətəndaşı barəsinə 3 ildən 15 ilədək  iş kəsib və onların həbsinə qərar verib. 
Maide.az xəbər verir ki, Bəhreyn məhkəməsi 1 nəfər haqqında etiraz aksiyasında silah daşıma ittihamı ilə 10 il, 26 nəfər haqqında 3 ildən 10 ildək, 3 nəfər haqqında isə 15 il iş kəsib. 
Həmin şəxslər etiraz aksiyaları zamanı avtomobilləri yandırmaqda, polisin keçdiyi yolda partlayıcı maddədən istifadə etməkdə və etiraz aksiyalarında iştirak etməkdə ittiham olunurlar. 
Bəhreyn Məhkəməsinin bu qərarı Müstəqil İnsan Haqları Təşkilatları tərəfindən tanınmır.  Həmin Təşkilatlar deyir ki, Bəhreyn rejimi tərəfindən təyin olunmuş hakimlər saxlanılan şəxslər barəsində hökm çıxarır və onların belə hüquqları yoxdur.
BMT-nin hesabatına görə, Bəhreyndə saxlanılan şəxslər şkəncə olunur və onlara qarşı irəli sürülən ittihamlarda yalançı şahidlərdən istifadə olunur.  Bəhreyndə 2011-ci ildən Ali Xəlifə rejiminə qarşı etiraz aksiyaları keçirilir. Etirazçılar bu rejimin getməsini istəyirlər.  İndiyədək rejim qüvvələri ilə etirazçılar arasında baş vermiş qarşıdurmalarda 100 nəfər həyatını itirib, minlərlə insan yaralanıb. Həmçinin yüzlərlə insan həbs olunub. / 
 

Google+ WhatsApp ok.ru