30 milyon yəmənli epidemiya xəstəliklərinin inkişaf riski altındadır

30 milyon yəmənli epidemiya xəstəliklərinin inkişaf riski altındadır

30 milyon yəmənli “Kovid-19”, malyariya, denge qızdırması , çikungunya, vəba və tif kimi epidemik xəstəliklərin inkişaf təhlükəsi altındadır. 
 
Maide.Az  xəbər verir ki,  bunu Yəmən Səhiyyə Nazirliyi açıqlamasında bildirib. 
 
Nazirlik beynəlxalq qurumlar və ölkələri hökümətin epidemiyalara qarşı mübarizəsini dəstəkləmək və səhiyyə sektoruna dəstək olmaq üçün təcili müdaxiləyə çağırıb. 
 
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Humanitar İşlər İdarəsi, UNİCEF, Ümumdünya Qida Proqramı və Ümumdünya Səhiyyə Təşkilatının yüksək səviyyəli rəsmiləri Yəməndəki son ağır durumla bağlı müştərək bəyanat verərək öz narahatlıqlarını dilə gətiriblər.
 
Birləşmiş Millətlər Təşkilatının bəyanatında bildirilir bildirir ki, Yəmən əhalisi COVİD-19 təhlükəsi ilə üz-üzədir və bunun da səbəbi ağır muharibə böhranııdr.
 
Həmçinin Birləşmiş Millətlər Təşkilatı Baş katibinin humanitar məsələlər üzrə köməkçisi Mark Lukoc, Yəməndə vəziyyətin ağırlığına işarə edərək, epidemiya ilə mübarizə üçün 180 milyon dollar daxil olmaqla ilin sonuna qədər 2.4 milyard dollar vəsaitin ayrılmasının vacibliyini vurğulayıb.
 
Xatırladaq  ki, Səudiyyə rejimi, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və bir sıra digər ölkələrin dəstəyi ilə 2015-ci ilin mart ayında hava, dəniz və qurudan maneə törətməklə Yəmənə qarşı hərbi təcavüzə başladı. Bu günə qədər Səudiyyə rejimi və müttəfiqlərinin Yəməndə başlatdıqları müharibə 16 mindən çox yəmənlinin ölümünə, on minlərlə insanın yaralanmasına və milyonlarla vətəndaşının qaçqın olmasına səbəb oldu.
 

Google+ WhatsApp ok.ru