31-ci Beynəlxalq İslami Vəhdət Konfransında 93 ölkədən qonaq iştirak edəcək

31-ci Beynəlxalq İslami Vəhdət Konfransında 93 ölkədən qonaq iştirak edəcək

-- Konfrans dekabr ayının 5-dən 3 gün müddətinə keçiriləcək

31-ci Beynəlxalq İslami Vəhdət Konfransı  “Vəhdət və Müasir İslam sivilizasiyasının tələbləri” şarı ilə  Tehranda keçirləcək. 
 
Maide.Az “Fars” agentliyinə istinadən xəbər verir ki,  dekabr ayının 5-dən 3 gün müddətinə  keçiriləcək konfransda  dünyanın 93 ölkəsindən  500 qonaq iştirak edəcək.  
 
İslami Məzhəblərin Yaxınlaşması Beynəlxalq Assambleyasının baş katibi Ayətullah Möhsin Əraki bu gün keçirdiyi mətbuat konfransında deyib ki,  konfrans iştirakçılarının əksəriyyəti ilk dəfədir ki, bu konfransa qatılır. 
 
Konfrans iştirakçılarının İslam İnqilabının banisi mərhum Ayətullah İmam Xomeyninin (rə) məqbərəsini ziyarət etməsi və  Ali Rəhbər Ayətullah Xamenei ilə görüşü nəzərdə tutulub. 
 
Konfransa 70-dən çox məqalə  göndərilib. 
 

Google+ WhatsApp ok.ru