31 yaşlı Bakı sakini paytaxtın mərkəzində güllələnib

Bakının mərkəzində güllələnmə hadisəsi baş verib.
 
Hadisə ötən gecə paytaxtın Səbail rayonunda qeydə alınıb.
 
Bakı şəhər sakini, 31 yaşlı Samir Fazil oğlu Mehbalıyev naməlum şəxs və ya şəxslər tərəfindən güllələnib. Belindən güllə yarası alan S. Mehbalıyev Klinik Tibbi Mərkəzə yerləşdirilib.
 
KTM-dən APA-ya faktı təsdiqləyiblər. Yaralının vəziyyətinin orta-ağır olduğu bildirilib.
 
Səbail Rayon Polis İdarəsindən isə baş vermiş hadisə ilə bağlı açıqlama verməkdən imtina ediblər. 

Google+ WhatsApp ok.ru