331 sərnişini olan təyyarə Bakıda məcburi eniş etdi

Fevralın 6-da "Türk Hava Yolları"nın təyyarəsi Bakıda məcburi eniş edib.

 
Bunu Trend-ə AZAL-dan deyiblər.
 
AZAL-dan bildiriblər ki, fevralın 6-sı saat 09:30-da Dehli-İstanbul marşrutu üzrə hərəkət edən "Boeing 777" təyyarəsi göyərtədə kənar əşyanın (mobil telefon) olması səbəbindən Bakıda məcburi eniş edib.
 
Şirkətdən əlavə ediblər ki, təkrar yoxlama prosedurundan sonra təyyarə uçuşu davam etdirib.
 
Təyyarənin göyərtəsində 331 sərnişin və 14 ekipaj üzvü olub./

Google+ WhatsApp ok.ru