34-cü beynəlxalq Quran yarışlarının qalibləri bəlli oldu

34-cü beynəlxalq Quran yarışlarının qalibləri bəlli oldu

İran İslam Respublikasında keçirilən 34-cü beynəlxalq Qurani-Kərim yarışlarının yekun mərasimi keçirilib və mərasimdə qaliblərin adları elan olunaraq mükafatlandırılıb.
 
Maide.İnfo xəbər verir ki, Yarışlarda İran nümayəndələri Qurani-Kərimin peşəkar qiraəti üzrə Səid Pərvizi və Qurani-Kərimin hifzi üzrə Musa Mötəmidi birinci yeri qazanıb.
 
İran İslam Respublikasının 34-cü beynəlxalq Qurani-Kərim yarışlarının müxtəlif ixtisaslarda qaliblərinin siyahısı:
 
Qurani-Kərimin peşəkar qiraəti üzrə İrandan Səid Pərvizi, İraqdan Fəllah Züleyf və İsveçdən Rəhmətullah Bəyat sıra ilə birinci, ikinci və üçüncü yerləri bölüşüb.
 
Qurani-Kərimin hifzi üzrə İrandan Musa Mötəmidi, Suriyadan Yasir Əhməd və Sudandan Abdullah Məhəmməd Adəm sıra ilə birinci, ikinci və üçüncü yerləri bölüşüb.
 
Xanımların Qurani-Kərimin hifzi üzrə ilk beynəlxalq yarışlarında Zeynəb Məhəmmədnicat, Silviya Narudət əl- Münəvvərə və Zeynəb Ədnan Məhəmmədhəsən İran, İndoneziya və İraqdan sıra ilə birinci, ikinci və üçüncü yerləri bölüşüb.
 
"Qəlbinur"ların ikinci beynəlxalq Quran yarışlarının qiraət bölməsində Məhəmməd Bəhrami, Əhməd Əli Sarika, Məhəmməd Əbdüş-Şəhid Baqir İran, Türkiyə və İraqdan sıra ilə birinci, ikinci və üçüncü yerləri bölüşüb.
 
"Qəlbinur"ların ikinci beynəlxalq Quran yarışlarının Quranın hifzi bölməsində isə Məhəmməd Ərşad Mərbəi, Abdullah Məhəmmədnicat və Məhəmməd Hüseyn Şəllal Əlcəzayir, İran və İraqdan sıra ilə birinci, ikinci və üçüncü yerləri bölüşüb. (iqna) /

Google+ WhatsApp ok.ru