34 ölkə əhalisinin ərzağa olan tələbatını ödəyə bilmir

BMT dünyanın 34 ölkəsinin qarşıdurma, quraqlıq, sel və buna bənzər səbəblərlə əhalisini doyuracaq qidadan məhrum olduğunu qeyd edib.
Deyerler.org Dunyabulteni-nə istinadən xəbər verir ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının mövzuyla bağlı illik hesabatı, bir sıra ölkələrdə kifayət edәcәk səviyyədə ərzağın olmadığını və xalqın xarici dəstəyə ehtiyacı olduğunu vurğulayıb.
Hesabatda qeyd olunan ölkələrdən 27-si Afrika, qalan 7-i isə Asiya qitəsinə aiddir. Bu ölkələr Zimbabve, Burkina Faso, Çad, Cibuti, Eritreya, Qvineya, Liberiya, Malavi, Mali, Mavritaniya, Niger, Sierra Leone, Burundi, Konqo, Efiopiya, Keniya, Lesoto, Madaqaskar, Mozambik, Cənubi Sudan, Sudan, Svaziland, Uqanda, Mərkəzi Afrika Respublikası, Somali, Kamerun, Konqo Demokratik Respublikası, Əfqanıstan, Myanma, Nepal, İraq, Suriya, Şimali Koreya və Yəməndir.
Ərzaq çatışmazlığı üzləşən bir çox bölgədəki problemlərin kökündə quraqlıq, sel və buna bənzər iqlim hadisələri olsa da, Suriya, İraq, Yəmən, Cənubi Sudan, Burundi, Mərkəzi Afrika Respublikası, Əfqanıstan kimi ölkələrdə uzun müddətdir davam edən qarşıdurma və müharibələr əkinçilik fəaliyyətlərinə mane törədir./
 

Google+ WhatsApp ok.ru