35-ci Beynəlxalq Quran tilavəti müsabiqəsinə 84 ölkədən nümayəndələr qatılıb

35-ci Beynəlxalq Quran tilavəti müsabiqəsinə 84 ölkədən nümayəndələr qatılıb

-- Müsabiqə aprelin 26-dək davam edəcək

İranda 35-ci Beynəlxalq Hafizlik və Qurani-Kərimin Tilavəti müsabiqəsinə  84 ölkədən nümayəndələ qatılıb. 
 
Maide.Az İRNA-a istinadən xəbər verir ki, ötən gündən paytaxt Tehrandakı İmam Xomeyni Musallasında keçirilən və aprel ayının 26-dək davam edəcək müsabiqədə bu il 84 ölkədən 300 nəfər iştirak edir.
 
Hər il Quran sevdalılarının intensiv iştirakı ilə başlayan bu Quran müsabiqəsində dərəcələr qazanan qaliblər müxtəlif dəyərli hədiyyələrlə mükafatlandırılır.
 
Bu Qurani müsabiqəsinin açılış və mükafat mərasimi hər il yüksək səviyyəli İran rəsmilərinin iştirakı ilə baş verir.
 
Tehranda keçirilən beynəlxalq  Quran yarışmasına bu il  28 ölkədən qadın Quran hafizi və tilavətçisi iştirak edir. 
 

Google+ WhatsApp ok.ru