352 kvadrat kilometr torpaq hissəsi İŞİD-dən geri alınıb

352 kvadrat kilometr torpaq hissəsi İŞİD-dən geri alınıb

Mosul cənubunda 352 kvadrat kilometr torpaq sahəsi terror təşkilatı İŞİD-dən geri alınıb.
 
Maide.Az xəbər verir ki, İraq federal polis təşkilatının rəhbəri Raid Cövdət bildirib ki,  polis qüvvələrinin iki gündür davam edən əməliyyatlar çərçivəsində Mosul cənubunda 352 kvadrat kilometr torpağı İŞİD-dən geri alıb.
 
Qeyd edək ki, İraq ordusu, Mosul şəhərində İraqın Hava Qüvvələrinin hava hücumları 43 İŞİD hədəfini məhv edib. İŞİD-ə aid silah anbarları və komanda mərkəzləri vurulan hədəflər arasında olduğu bildirilib.
 
Bəzi İŞİD üzvlərinin saqqallarını qırxaraq ərazidən uzaqlaşdıqları qeyd olunub, şəhərdə qarşıdurmaların davam etdiyi bildirilib.
 

Google+ WhatsApp ok.ru