35 fələstinli Trampın qərarının qurbanı olub

35 fələstinli Trampın qərarının qurbanı olub

-- Onlar arasında 18 yaşından daha kiçik 11 uşaq yer alıb

6 dekabr 2017-ci ildə ABŞ prezidenti Donald Trampın Qüdsü rəsmən işğalçı İsrailin "paytaxtı" elan etməsindən sonra Qüdsdə böyük etirazlar başladı və etiraz aksiyalarına  işğalçı rejim əsgərləri odlu silah və göz yaşardıcı qazla müdaxilə etdi.
 
Maide.Az “Parstoday”-ə istinadən xəbər verir ki, sionist rejimin əsgərləri ilə baş verən toqquşmalarda 35 fələstinli şəhid olub.
 
Onlar arasında 18 yaşından daha kiçik 11 uşaq yer alıb.
 
Bundan başqa, minlərlə fələstinli yaralanıb, çoxlu sayda insan isə həbs edilib.
 
Məlumat üçün bildirək ki, ABŞ işğalçı İsrailin Qüdsü yəhudiləşdirmə siyasətinə dəstəyini davam etdirərək mayda səfirliyini Təl-Əvivdən Qüdsə köçürəcəyini açıqlayıb. Bu açıqlamanın ardınca  Fələstinli qruplar  etiraz bəyanatları verib və aksiyaları kütləviləşdirəcəklərini açıqlayıblar. 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru