35 min təcavüzkar qüvvə Yəmənə ezam olunub

Təcavüzkar Səudiyyə Ərəbistan rejimi 35 min qüvvəni Yəmənə yeridib.
Maide.az xəbər verir ki, əl-Məsirə telekanalı məlumat yayıb ki,  Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələri bəzi hərbçilərini Marib və əl-Cof vilayətində nəzərdə tutulan yerlərdə yerləşdirib. 
Səudiyyə Ərəbistanı, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Qətər qüvvələri bu bölgədədirlər. 
Məlumata görə, təcavüzkar rejimin baçılığı altında quru qoşunların Yəmənə təcavüzündən məqsəd Sənanı ələ keçirməkdir. 
Yəmən ordusunun sözçüsü Ali-Səud rejiminin Yəməndəki məqsədlərinin məğlubiyyətə uğraması və ordu və xalq qüvvələrinin quru təcavüzlə mübarizə aparmaq üçün yüksək əhval-ruhiyyədə olduğuna bildirib."Təcavüzkarları sürprizlər gözləyir." 
Məlumata görə, Səudiyyə rejiminin qırıcı təyyarələri də ötən saatlarda Yəmənin müxtəlif şəhərlərini dəfələrlə bombalayıb.
Yəmən ordusu və xalq qüvvələri də bu cinayətlərə reaksiyada Ərəbistanın Cizan vilayətində əl-Xuban hərbi bazası və Zəhranda sərhəd komandanlığının qərargahını raketlə atəşə tutublar. 
Bu əməliyyatda səudiyyəlilərin bir çox təchizatı məhv olub və bir qrup ərəbistanlı hərbçi öldürülüb. 
Yəmən ordusu və xalq qüvvələri Təiz vilayətində müəyyən bölgələri tam şəkildə düşmən qüvvələrindən təmizləyiblər. 
Bu arada Təiz bölgəsinin terrorçulardan təmizlənməsi əməliyyatı davam etməkdədir. 
Yəmənin Ənsarullah Hərəkatı Sənada səudiyyə rejiminə bağlı muzdlulardan 117 nəfəri həbs edib. /

Google+ WhatsApp ok.ru