360 aviareys ləğv edildi

Yaponiyada 360-dan çox aviareys güclü “Xalonq” qasırğasının yaxınlaşması ilə əlaqədar ləğv edilib. Qasırğadan ən çox ölkənin cənub adaları ziyan görüb. Burada yağıntılar saatda 60 millimetri ötüb. Güclü külək elektrik xətlərini qırdığından Kaqosima ətrafında 3,5 min ev işıqsız qalıb. Miyadzaki prefekturasında 3,3 min insan evakuasiya olunmaları barədə xəbərdarlıq alıb. Hazırda “Xalonq” qasırğası Kyusu adasından şərqdə yerləşir və şimala tərəf hərəkət edir. Məlumata görə qasırğanın episentrində küləyin sürəti saniyədə 40 metr sürətə, siklonun keçdiyi ərazilərdə dəniz dalğalarının hündürlüyü isə 10 metrə çatır.Yaponiya milli meteoidarəetmə mərkəzi sel və torpaq sürüşməsi təhlükəsi barədə xəbərdarlıq edərək ölkənin cənubunda olan sakinləri tamamilə zəruri hal olmadıqda çölə çıxmamağa çağırıb. “Xalonq” tayfunu sakit okeanda bu mövsüm üçün yaranan 11-cidir. Qasırğa adını Vyetnamın şimalında yerləşən buxtadan alıb.

Google+ WhatsApp ok.ru