38 İslam alimi barmağını İŞİD-ə tuşladı - FƏTVA

Ali İslam Şurasının fətvasında İŞİD terrorçularının İslamla əlaqəsinin olmadığı və İslam tarixindəki xəvariclərin indiki nümayəndələri olduqları qeyd edilib.
 
Maide.az xəbər verir ki, Mərkəzi Kanadanın Alberta vilayətinin Calgary şəhərində yerləşən Kanada Ali İslam Şurasının üzvü olan 38 İslam alimi fətvalarını Qurani-Kərimdən ayələr və Həzrəti Məhəmmədin (s) rəvayətlərindən nümunələrlə əsaslandırıblar.
 
İŞİD terrorçularının 10 addımının İslama zidd olduğunu deyən şura üzvləri bu hərəkətləri belə sıralayıb:
 
"Müsəlman və ya qeyri-müsəlman, özlərinə qarşı olanların başlarını kəsmək, İŞİD-in etdiklərini qəbul etməyəni öldürmək, məscidləri dağıtmaq, Peyğəmbər və alimlərin məqbərələrini yerlə yeksan etmək, insanları evlərindən, yurdlarından qovmaq, İŞİD-ə qarşı çıxan İslam alimlərini öldürmək, müsəlman qadınları İŞİD üzvləri ilə evləndirmək, insanları diri-diri yandırmaq, tutduqlarına işgəncə vermək, insanları yüksək binalardan ataraq öldürmək".
 
Fətvanın davamında, "İŞİD bu aksiyaların hamısını edir. Bu aksiyaların hamısı İslama qarşıdır. İslamda qadağan olunmuş, haram edilmiş və böyük günahlardan sayılan hərəkətlərdir" deyilir.
 
İŞİD-in etdiklərinin "cihad" olmadığı açıqlanan fətvada, "Bu hərəkətləri cihad kimi qiymətləndirmək qətiyyən düzgün deyil. İslam fiqh elmində cihadın şərtləri var. Cihadda qadınlara, uşaqlara, yaşlılara, xəstələrə, kimsəsizlər toxunulmaz, ağaclara zərər verilməz, sular çirkləndirilməz, başqa dinlərə aid məkanlara zərər verilməz və heç kim İslamı qəbule tməyə məcbur edilməz. Çünki Peyğəmbərimiz belə etmiş və əmr etmişdir" hökmlərinə yer verilib.

Google+ WhatsApp ok.ru