38 yaşlı çobanı ailəsinin gözü önündə güllələyib öldürdülər

38 yaşlı çobanı ailəsinin gözü önündə güllələyib öldürdülər

-- İnsidentə mal-qara oğurluğuna görə...

Şamaxı rayonunda qətlə yetirilən şəxsin həyat yoldaşı da güllə yaraları alıb.
 
Maide.Az bildirir ki, APA-nın yerli bürosunun xəbərinə görə, Natiq Binyətov Zaur Hacıyevi həyat yoldaşının və 4 azyaşlı uşağının gözü qarşısında güllələyib.
 
Hadisə zamanı Zaur Hacıyevin həyat yoldaşı Dürdanə Hacıyeva da əlindən, qolundan və ayağından güllə yaraları alıb.
 
Qətli törədən və qətlə yetirilən şəxs Acıdərə kəndinin ərazisində yerləşən qonşu fermaların çobanlarıdır.
 
İnsidentə mal-qara oğurluğuna görə yaranan mübahisənin səbəb olduğu bildirilir.
 

Google+ WhatsApp ok.ru