3 addımın cəzası - Hər addıma 1 il - Karikatura 07 İyul 2017 01:00 Namaz məhbusu Son vaxtlar ölkə gündəminin ən əsas mövzularından biri Masallıda cümə namazı qıldığına görə bir neçə gün bundan öncə 3 il müddətinə azadlıqdan məhrum edilən Azərbaycan Ruhanilər Məclisinin üzvü, Maide.az saytının baş redaktoru Şeyx Sərdar Hacıhəsənlinin ittiham edildiyi maddə və məhkəmə prosesində baş verənlərlə bağlı idi Keçirilən məhkəmə proseslərindən birində dövlət ittihamçısı məhkəmə zamanı Şeyx Sərdarın “cinayətini sübut edən” dəlil gətirmək istərkən işlətdiyi ifadə sözün əsl mənasında sözügedən cinayət işinin əsl mahiyyətini tamamilə ortalığa qoydu. O çıxışı zamanı bildirdi ki, ruhaniyə cinayət işinin açılmasına əsas səbəb onun camaatdan öndə dayanıb namaz qılmasıdır. Lakin o bunu qəribə formada əsaslandıraraq belə bir ifadə işlətmişdi ki, əgər Sərdar Babayev durduğu yerdən 3 addım geridə dayanıb namaz qılsaydı o bu gün mühakimə edilməyəcəkdi. Yəni bir sözlə Şeyx Sərdarın ən böyük “günahı” namaza görə insanlardan 3 addım öndə durması olub. Sonda Şeyx Sərdar barəsində dövlət ittihamçısı 4 il müddətinə azadlıqdan məhrum edilmə cəzası istəsə də, məhkəmə bəlkə də özü də bilmədin Şeyx Sərdarın insanlardan önə çıxdığı addımların sayı qədər, yəni 3 il müddətinə həbs cəzası verdi. İslaminSesi sözügedən mövzunun aktuallığını nəzərə alaraq hazırladığı karikaturanı oxucularına təqdim edir.(islaminsesi.info) Teqlər : #3 addımın cəzası Hər addıma 1 il Karikatura, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Vəkil: `Bütün hallarda Şeyx Sərdar haqqında çıxarılan hökm, vicdan azadlığına və ifadə azadlığına kobud müdaxilədir` Namaz məhbusu Şeyx Sərdar Hacıhəsənlinin hüquqlarını müdafiə edən vəkillərin mətbuat konfransı keçirilib - FOTO