3  aya İraqda İŞİD məhv ediləcək

3 aya İraqda İŞİD məhv ediləcək

İraqın baş nazı Heydər əl-İbadi deyir ki, İŞİD-i məhv etmək üçün 3 ay vaxt lazımdır. 

Maide.Az xəbər verir ki, H.əl-İbadi ABŞ generalının İŞİD-i məhv etmək üçün 2 il vaxta ehtiyac olması ilə bağlı dediklərinə reaksiya verib və deyib ki, amerikalılar çox bədbin idilər. “Onlar öyrənmişdilər əməliyyatlar üçün uzun müddət nəzərdə tutsunlar. Lakin bizim qorxmaz və cəsarətli qüvvələrimiz bu əməliyyatlarda çox qısa zamanda uğur qazandı”.
 
H.İbadi deyib ki, ötən 2 ay ərzində İraq qüvvələri İŞİD terrorçularını Mosuldan qovublar və təkfirçilər tərəfindən bomba qoyulmuş 900-dan çox avtomobil zərərsizləşdirilib. 
 
H.İbadi deyib ki, İraq  öz hərbi hava qüvvələrini təchiz edir. 
 
İraqın baş naziri həmçinin Səudiyyə Ərəbistanı xarici işlər nazirinin İraq Həşd Şəbi könüllü qüvvələri ilə bağlı dediklərinə reaksiya verib və Ərəbistanı ölkənin daxili işinə qarışmamağa çağırıb. “Ərəbistan öz problemini İraqdan kənarda həll etməlidir”. /

Google+ WhatsApp ok.ru