`3 aydır Naxçıvan avtomobil zavodunda istehsal dayanıb`

`3 aydır Naxçıvan avtomobil zavodunda istehsal dayanıb`

-- yanvar-sentyabr aylarında Azərbaycanda cəmi 30 ədəd minik avtomobili istehsal edilmişdi.

Marja.az saytında diqqəti «Naxçıvan Avtomobil Zavoduna qıfıl vurmaq qalıb» sərlövhəli yazı cəlb edir.
 
Yazıda bildirilir ki, 2017-ci ilin 10 ayı (yanvar-oktyabr) ərzində Azərbaycanda cəmi 30 ədəd minik avtomobili istehsal olunub. Azərbaycanda minik avtomobillərinin yeganə istehsalçısı Naxçıvan Avtomobil Zavodudur.
 
Müəllif vurğulayır ki, 2017-ci ilin yanvar-iyul və yanvar-sentyabr aylarında da Azərbaycanda cəmi 30 ədəd minik avtomobili istehsal edilmişdi. 3 aydır Naxçıvan Avtomobil Zavodunda istehsal dayanıb:
 
«Noyabrın 1-i hazır məhsul ehtiyatı 123 ədəd təşkil edib. Avqustun 1-də isə hazır məhsul ehtiyatı 133 ədəd idi. Avtomobillər satılmadığından Naxçıvan Muxtar Respublikası Ali Məclisi zavoda dəstək verməyə çalışır. Avqust və sentyabrda zavodun bir neçə avtomobili alınaraq dövlət qurumlarına verilib».
 
Yazıda bildirilir ki, Naxçıvan Avtomobil Zavodu «NAZ-Lifan» markalı minik avtomobilləri istehsal edirdi. Avtomobillərin ehtiyat hissələri Çindən idxal olunub:
 
«Müəssisənin ən iri müştərilərindən biri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi idi. Avtomobillər dövlət büdcəsi vəsaitləri hesabına alınaraq əlillərə hədiyyə olunurdu».
 

Google+ WhatsApp ok.ru