3 dayısını yandıraraq öldürən şəxsə hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 3 dayısını evin içərisində yandırıb öldürən Əsgəralı Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
 
Maide.az-ın verdiyi məlumata görə, prosesə hökm oxunub. Hökmə əsasən, Ə. Abbasov ömürlük olaraq azadlıqdan məhrum edilib.
 
Qeyd edək ki, Sumqayıt şəhər sakini, 1991-ci il təvəllüdlü Əsgəralı Abbasov dayıları - Dünyamalı Mirzəyev, Yadigar Mirzəyev və Ağamalı Mirzəyevin olduğu bağ evinin qapılarını bağlayaraq od vurub. Nəticədə onların üçü də tüstüdən boğularaq ölüb. Araşdırmalar zamanı hadisəyə 23 yaşlı Əsgəralı Abbasovun dayıları arasında şəxsi münasibətlər zəminində baş verən münaqişənin səbəb olduğu müəyyənləşib.
 
Ə. Abbasov ilkin ifadəsində qeyd edib ki, dayıları tərəfindən tez-tez təhqir olunurmuş. O, hadisə baş verməzdən əvvəl də dayıları tərəfindən təhqir edildiyini, anasının və atasının ünvanına nalayiq ifadələr səsləndirildiyini qeyd edib. Təhqirlərə dözə bilməyən Ə. Abbasov dayılarını öldürməyə qərar verdiyini açıqlayıb.

Google+ WhatsApp ok.ru