3 həftə öncə həbs olunan Bəhreynli şiə alim sərbəst buraxılıb

3 həftə öncə həbs olunan Bəhreynli şiə alim sərbəst buraxılıb

Bəhreyn şiə alimləri İslami məclisinin komitə sədri  Şeyx Fazil əz-Zaki azadlığa buraxılıb. 
 
Maide.Az “ABNA”a istinadla xəbər verir ki,  Ali Xəlifə rejimi tərəfindən  həbs olunan Şeyx Fazil və daha  4 nəfər  ötən gün sərbəst buraxılıb. 
 
Qeyd edək ki, Şeyx Fazil Əz-Zaki  və ötən gün sərbəst buraxılan Əhməd Abdulla əz-Zaki,  Rza Əl-Huri, Abbas Məhəmməd Cəfər əz-Zaki,  Seyid Hüseyn Haşim  də Şeyx Fazil Əz-Zaki 3 həftə öncə Ali Xəlifə rejim qüvvələri tərəfindən eyni gündə həbs olunmuşdu. 
 
Xatırladaq ki, Bəhreyn rejimi Ayətullah şeyx İsa Qasim də daxil olmaqla 40-dan çox din alimini muhakimə edir
 
BMT-in İnsan Hüquqları Təşkilatı, Beynəlxalq Əfv Təşkilatı və Avropa İttifaqının İnsan Hüquqları təşkilatlarından Bəhreyn rejiminin dinc aksiyalara və din alimlərinə qarşı zorakı siyasətini pisləyən bəyanatlar verilib.
 

Google+ WhatsApp ok.ru