3 yaşa qədər uşaqlara dondurma olmaz! – Pediatr tövsiyəsi

3 yaşa qədər uşaqlara dondurma olmaz! – Pediatr tövsiyəsi

-- Ən yaxşısı, evdə hazırlanmış dondurmadır

“Üç yaşa qədər uşaqlara olmaz”. Bu haqda pediatr Vaqif Qarayev sosial şəbəkədəki səhifəsində yazıb. Həkim bildirir ki, dondurma uşaqlar üçün faydalıdır, amma südə və müxtəlif giləmeyvələrə allergiyası olan uşaqlara vermək olmaz:
 
“Satışda keyfiyyətli dondurma var, amma çox bahadır və hamı ala bilmir. Satış şəbəkəsində olan dondurmaların əksəriyyətinə müxtəlif yağlar və aromatizatorlar əlavə edildiyindən həm keyfiyyətsiz olur, həm də allergiya yaradır. Diabetik və kök uşaqlara dondurma vermək üçün həkiminizlə məsləhətləşmək lazımdır”.
 
 
Pediatrın sözlərinə görə, tez-tez xəstələnən, angina və boğaz ağrısı olan uşaqlara dondurma çox ehtiyatla verilməlidir: “Belə fikir var ki, dondurma angina yaratmır. Amma bu fikir bizim uşaqlar üçün keçərli deyil. Çünki biz yay-qış uşağın boğazını soyuqdan qoruyuruq deyə onların boğazı soyuğa və müxtəlif xəstəliktörədicilərə çox həssas olur. Ona görə belə uşaqlara dondurmanı otaq temperaturunda verilsə, yaxşı olar. Ən yaxşısı, evdə hazırlanmış dondurmadır”.(musavat.com)
 

Google+ WhatsApp ok.ru