4-5 gün işıq olmayacaq

4-5 gün işıq olmayacaq

Fasilələr noyabrın 23-dək davam edəcək

Bir neçə gün ərzində Bakının bəzi kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyətlər olacaq.
 
Maide.Az bildirir ki, "Azərişıq" Açıq Səhmdar Cəmiyyətindən (ASC) verilən məlumata görə, Zabrat – Məhəmmədi, yeni Məhəmmədi 35/10 kV-luq yarımstansiyası ilə kəndin digər ərazilərini əlaqələndirmək üçün elektrik enerjisinin verilişində fasilələr yaranacaq.
 
Qeyd edək ki, qısa müddətli fasilələr noyabrın 23-dək davam edəcək. Yaranmış narahatçılığa görə "Azərişıq" ASC İstehlakçılardan üzr istəyir.
 

Google+ WhatsApp ok.ru